2017-ci ildə “Microsoft” korporasiyası piştaxtalara “ağıllı” soyuducular buraxacaq.
Yeniçağ.Az “İKT.lent.az”-ın xəbərinə görə, bu barədə şirkətin rəsmi nümayəndələri məlumat verib.
“Liebherr” şirkəti “Microsoft” korporasiyası ilə birgə artıq belə bir cihazı dünya bazarına çıxaracağını elan edib. Soyuducu “SmarDeviceBox” modulunu alıb və piştaxtalara çıxarılmağa hazır idi. Ancaq sistem üzərində işləməyi davam etdirmək qərarı verilib.
İlkin məlumatlara görə, soyuducu həssas kameralarla təchiz ediləcək, orada yerləşən məhsulu tanıyacaq və onun üçün optimal temperaturu seçəcək. Həmçinin bildirilir ki, tərtibatçılar artıq bu cihaza bütün dünya üzrə milyondan artıq müxtəlif yarımfabrikat göstəriblər. Yeni icad artıq ona tanıdılmış və bazada mövcud olan yarımfabrikatlardan başqa, yenilərini yadda saxlamağı da öyrənir.
“Ağıllı” soyuduların istifadəsi olduqca sadədir. Smartfon, kompüter və ya planşet sahibi problemsiz olaraq baş interfeysə qoşula və müxtəlif əmrlər verə biləcək. Soyuducu kamera səsli idarəetmə funksiyasına malikdir.
Bu cihazın ümumdünya bazara çıxacağı dəqiq vaxt hələlik məlum deyil. Həmçinin şirkətlərin rəsmi nümayəndələri onun bir ədədinin təxmini qiymətini də açıqlamırlar.
Yeniçağ.Az