Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

“Microsoft” buna görə 2 milyon ödəniş etdi

2018-ci ildə “Microsoft” öz məhsullarında aşkar edilmiş boşluqlara görə ümumilikdə 2 milyondan çox dollar ödəniş edib.

Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, istifadəçiləri “Microsoft”un proqram təminatında səhvləri axtarmağa daha çox təşviq etmək üçün şirkət ödənişləri sürətləndirib. İndi “Bug Bounty” iştirakçıları “PayPal” ödəmə sistemi vasitəsilə öz bonuslarını ala və onları dünyanın 30-dan çox ölkəsində bank hesablarına köçürə bilərlər.

Bundan başqa, hakerlər öz mükafatlarını kriptovalyuta şəklində də ala bilərlər.

“Microsoft”, həmçinin hakerlər üçün mükafatların dəyərini artırır. Məsələn, “Windows Insider Preview” proqramında maksimum ödəniş 15-dən 50 min dollaradək artırılıb. “Microsoft Cloud” proqramında bonuslar 15-dən 20 min dollaradək artırılıb.

www.yenicag.az

10473