!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Microsoft” şərtləri dəyişdirir - Qeyri-aktiv hesablar ləğv ediləcək - QƏRAR

!Reklam – Yazi

“Microsoft” korporasiyası qeyri-aktiv hesabları ləğv etməyə başlayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ korporasiyasının rəsmi saytında deyilir.

Məlumata görə, korporasiya istifadəçi sazişi üzrə şərtlərin dəyişdirilməsi ilə bağlı qərar qəbul edib.

Yeni qaydalara görə, istifadəçi hesabı iki ildən çox müddət ərzində aktiv olmadığı halda ləğv ediləcək.

Qeyd edək ki, köhnə şərtlər beş ildən çox qeyri-aktiv akkauntların silinməsini nəzərdə tutub.

Sənəddə qeyd olunur ki, istifadəçi “Microsoft” hesabının aktivliyini qorumalıdır. Bu, “Xbox” istifadəçilərinin akkauntlarına da şamil edilir.

Bundan başqa, yeni qaydalar qüvvəyə mindikdən 30 gün sonra sistemdə təkrar avtorizə tələb olunur.

Yeni dəyişikliklər avqustun 30-dan etibarən qüvvəyə minəcək.

www.yenicag.az

3174
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv