!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MİDA mənzil təminatı sahəsində tənzimləyici orqana çevrilir?

!Reklam – Yazi

menzilAzərbaycanda ehtiyacı olanların güzəştli şərtlərlə mənzillə təmin olunması istiqamətində ciddi addımlar atılmağa başlanıb.

Mənzil İnşaatı Dövlət Agentliyinin(MİDA) yaradılması, onun ilk layihəsinin icrasına başlanması belə addımlardandır. İki gün əvvəl açıqlanan “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ndə MİDA-nın fəaliyyətinin genişləndirilməsi istiqamətində bir sıra tədbirlər öz əksini tapıb. Sənədə görə, Mənzil İnşaatı Dövlət Agentliyi aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərəcək:

– ilkin fəaliyyət mərhələsində aşağıriskli layihələrin müəyyən edilməsi;

– əhalinin sıx yerləşdiyi və tələbatın yüksək olduğu yerlərdə mənzil tikintisinin həyata keçirilməsi;

– mənzil təminatı ilə bağlı yeni siyasətin həyata keçirilməsi üçün hüquqi bazanın formalaşdırılması və səlahiyyətlərin Mənzil İnşaatı Dövlət Agentliyinə aydın şəkildə ötürülməsi;

– əsas strategiyanın müəyyən edilməsi və milli mənzil təminatı planının (dövlət proqramının) layihəsinin hazırlanması;

– gələcəkdə şəhərlərin əsaslı şəkildə yenidən qurulması və məhəllələrin abadlaşdırılması layihələrinin həyata keçirilməsi.

MİDA həmçinin bütün təbəqələr üçün mənzillərin tikintisi, özəl sektorun bu prosesə cəlb olunmasını da həyata keçirəcək.

Göründüyü kimi, Agentliyə kifayət qədər yüksək səlahiyyətlərin, çoxşaxəli fəaliyyətlərin həvalə edilməsi nəzərdə tutulur. Bu səlahiyyətlər MİDA-nın statusunu mənzil tikintisi sahəsində dövlət tənzimləyici orqanı, hətta bir çox istiqamətlərdə nazirlik səviyyəsinə qaldırır.

Milli Məclisin üzvü Vahid Əhmədov Yeniçağ.az-a danışarkən bildirir ki, əhalinin aşağı və ortagəlirli hissəsinin mənzil təminatı sahəsində MİDA-nın fəaliyyətindən gözləntiləri böyükdür:

İlgili resim“Bu, Azərbaycan üçün çox əhəmiyyətli bir məsələdir. Orta və aşağı təbəqəli, müəyyən maaşları olan insanların mənzillə təmin olunması qısa müddət ərzində proqramda öz əksini tapıb. Bir binanın bünövrəsi artıq qoyulub, bu, realdır və davam etdiriləcək. Mən hesab edirəm ki, bu layihənin həyata keçirilməsi çox vacibdir. Ehtiyacı olan insanlar üçün olduqca əhəmiyyətlidir. Ümumiyyətlə, sosial evlərin tikilməsi həmişə gündəmdəki mövzu olub. Orta və aşağı təbəqəli insanların evlə təminatı dövlət tərəfindən həyata keçirilən bir siyasətdir. Bunu çox müsbət bir addım kimi qiymətləndirirəm. Böyük əhəmiyyət kəsb edən məsələdir. Çünki həmin mənzillərin verilməsində böyük güzəştlər nəzərdə tutulub”.

Daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, MİDA hələlik müəyyən səlahiyyətlər çərçivəsində fəaliyyət göstərən bir qurumdur:

“Tikinti ilə bağlı sərəncam vermək, qərar qəbul etmək səlahiyyətləri yoxdur. Amma Strateji Yol Xəritəsində MİDA ilə Azərbaycan İpoteka Fondunun imkanlarının daha da genişləndiriləcəyinə dair məqamlar var. Onları nəzərə alsaq düşünmək olar ki, bu qurum yaxın gələcəkdə Yaşayış Fondunun genişləndirilməsi və idarə olunmasında mühüm səlahiyyətlərə malik olacaq”.

Ramil Osmanlı ile ilgili görsel sonucuEkspertin fikrincə, mövcud iqtisadi reallıqlar baxımından mənzil fondunun genişləndirilməsinə maliyyə dəstəyi ilə bağlı suallar hələ də cavabsız qalır:

“Çünki bu sahədə əsas fondlar kimi Maliyyə Nazirliyi və Neft Fondunun imkanlarından da istifadə olunacağı əsas hədəf kimi seçilib. Qeyd olunan qurumların büdcə öhdəliklərinin icrasındakı iştirakını nəzərə alsaq, bu sahəyə böyük resursayırma imkanları məhdud görünür. Bu baxımdan düşünmürəm ki, il ərzində inşa olunacaq 2-3 min mənzil bazarda əsaslı dəyişikliyə gətirib çıxara…”.

R.Osmanlı hesab edir ki, MİDA əhəmiyyətli bir quruma çevrilir, amma onun ayrıca bir nazirlik səlahiyyətlərinə malik olacağını söyləmək hələlik tezdir.

 

 

 

GülnarəEynullaqızı
Yeniçağ.Az

www.yenicag.az

638
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv