“Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisi çərçivəsində keçirilən “Çində İnvestisiya İli: Xidmət sənayesinin xüsusi təşviqinin genişləndirilməsi konfransı”nda xidmət sektorunun qlobal tərəfdaşlığın gücləndirilməsində rolunu vurğuladıq”.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Konfrans çərçivəsində Çin Xalq Respublikasının kommersiya naziri Van Ventao ilə Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafı perspektivləri barədə fikirlərimizi bölüşdük” – nazir qeyd edib.