İqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında paylaşım edib.
“Macarıstana səfərimiz çərçivəsində bu ölkənin Baş naziri Viktor Orbanın qəbulunda olduq. Azərbaycan-Macarıstan münasibətlərinin inkişaf dinamikası, iqtisadi əməkdaşlığın perspektivləri və birgə layihələr üzrə tərəfdaşlığın səmərəli nəticələri barədə danışdıq”, – deyə M.Cabbarov qeyd edib.