Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Mikayıl Cabbarov üçün yeni müşavir

Vergilər Nazirliyində daha bir kadr təyinatı olub.

Yenicag.az mia.az-a istinadən xəbər verir ki, nazir Mikayıl Cabbarovun əmri ilə Xəqani Abdullayev nazir müşaviri təyin olunub.

Məlumat üçün bildirək ki, bundan əvvəl Xəqani Abdullayev Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. O, ötən ilin avqustun 1-də prezident İlham Əliyevin imzaladığı sərəncamla işdən azad olunmuşdu. Bir müddət öncə mediaya açıqlama verən X.Abdullayev bildirmişdi ki, vəzifəsindən öz xahişi ilə azad olunub. Yeni iş yerinə gəlincə, qeyd etmişdi ki, tanınmış xarici şirkətlərdən birində məsləhətçi kimi çalışır.

Mia.az-ı məlumatlandıran şəxs onu da qeyd edib ki, X.Abdullayev bank-maliyyə sektorunda ölkənin aparıcı mütəxəssislərindən sayılır. Bu səbəbdən də onun Vergilər Nazirliyində mühüm posta təyinatı səbəbsiz deyil.

Onu da nəzərə çatdıraq ki, X.Abdullayevin qarşıdakı dövrdə nazir müavini təyin olunacağı da gözlənilir.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

1682
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM