Mikayıl Cabbarov: Panikaya heç bir əsas yoxdur – VİDEO

“Azərbaycanda əhalinin gündəlik təlabat malları, o cümlədən qida məhsulları ilə təlabatının ödənilməsində heç bir problem yoxdur”.

Yenicag.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov son günlər mağazalarda müşahidə olunan ketləvi alışla bağlı məsələyə münasibət bildirərkən deyib.

Nazir qeyd edib ki, hazırda ticarət şəbəkələri, mağazalar və anbarlarda gündəlik təlabat malları, o cümlədən ərzaq məhsulları ilə bağlı kifayət qədər ehtiyat mövcuddur və panikaya heç bir əsas yoxdur.