İqtisadiyyat naziri Mikayıl Cabbarov şəxsi “Facebook” səhifəsində qeyri-neft-qaz sektorundan yazıb.
Paylaşımda qeyd edilib:
“Qeyri-neft-qaz sektoru üzrə ÜDM ötən ilin ilk rübü ilə müqayisədə rekord həddə – 10,3% artaraq 15 milyard 9 milyon 900 min manata çatıb. Bu, Azərbaycan iqtisadiyyatında bərpa prosesinin sürətləndiyini göstərən mühüm göstəricidir”.