“”Space” telekanalında yayımlanan “Sevimli şou”nun yayımı dayandırılıb”.
Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Onun sözlərinə görə, veriliş milli-mənəvi dəyərlərə verdiyimiz qiymətin nəticəsidir. O, əlavə edib ki, əvvəlki illərlə müqayisədə Azərbaycan efir məkanında qanun pozuntuları minimuma endirilib.
Şura sədri qeyd edib ki, telekanallar öz üzərilərində çalışmalıdırlar: “Telekanallarda yayımlanan bəzi verilişlərə baxanda utanıram. Biz media azadlığına qarşı çıxa bilmərik. Eyni zamanda, telekanallarda kadr problemi bir nömrəli problemdir”.(Azvision)