Mikroavtobus aşdı – Ölən və yaralananlar var

Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan mikroavtobus idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Hadisə yerinə 4 təcili yardım briqadası cəlb olunub.