Kanadanın Toronto şəhərində sürücü mikroavtobusu bir qrup piyadanın üzərinə sürüb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə meqapolisin mərkəzi hissəsində, hərəkətin sıx olduğu kəsişmələrdən birində baş verib. Həmin vaxt piyada keçidindən istifadə edən 10-a yaxın insan xəsarət alıb.
Bundan başqa 5 nəfərin öldüyü bildirilir. Əraziyə çoxlu sayda təcili tibbi yardım, yanğınsöndürən və polis maşınları cəlb olunub.
Hadisəyə səbəb olan sürücü saxlanılıb. Digər təfərrüatlar isə açıqlanmır.