!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mikroavtobus qəzasında yaralananların SON DURUMU - Baş həkimdən açıqlama

!Reklam – Yazi

Yevlax-Xaldan yolunun rayonun Quçuluq kəndi ərazisindən keçən hissəsində baş vermiş mikroavtobus qəzasında xəsarət alan sərnişinlərdən biri təcili əməliyyata götürülüb.

Bu barədə Mingəçevir şəhər Xəstəxanasının baş həkimi Eldar Kərimov Yenicag.az-a açıqlamasında məlumat verib:

“Mikroavtobusda baş verən qəza nəticəsində 10 nəfər sərnişin xəsarət alıb. Onların hamısı bizim xəstəxanaya yerləşdirilib. Hazırda həkimlərimiz tərəfindən onlara müvafiq yardım götərilir. Sərnişinlərin hamısı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan biri təcili əməliyyata götürülüb”.

Qeyd edək ki, yaralıların bir qisminin Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi deyilsə də, sözügedən xəstəxanadan saytımıza verilən açıqlamada məlumatın həqiqəti əks etdirmədiyi bildirildi:

“Qəza baş verən ərazi Mingəçevirə yaxın olduğu üçün yaralıların hamısı həmin xəstəxanaya aparılıb”.

Cəvahir

www.yenicag.az

5124
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv