Tovuzda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Yenicag.az xəbər verir ki, rayonun Cəlilli kəndində “Ford” markalı mikroavtobus idarəetməni itirərək yol kənarına çırpılıb. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürən-xilasedicilər müxtəlif bədən xəsarəti almış sürücünü çıxarılıb və adiyyatı üzrə təhvil verib. Əməliyyat saat 22:40-da başa çatıb.