Məktəbliləri daşıyan mikroavtobus qəzaya uğradı: ölü və yaralılar var – Gürcüstanda

Gürcüstanda Qombori aşırımında mikroavtobus qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, nəqliyyat vasitəsinin yoldan çıxaraq dərəyə aşması nəticəsində 1-i yeniyetmə olmaqla 4 nəfər ölüb, 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Mikrovatobusda Tbilisinin məktəblərindən birinin şagirdləri və onların valideynləri olub. Onlar Kaxeti bölgəsinə ekskursiyaya yollanıblar. (APA)