Mikroavtobus TIR-la toqquşdu – Ölən və yaralanan var

Bu gün saat 07:45 radələrində Bakı-Qazax yolunun 231-ci km-də ölümlə nəticələnən yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Yenicag.az-a verilən məlumata görə, “Mercedes” markalı 77-JC-239 dövlət nömrə nişanlı yük avtomobili Bakı istiqmətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan “Mercedes Sprinter” markalı 90-LE-831 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.

Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərdən 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.