Mikroavtobus yük maşını ilə toqquşdu – 6 nəfər öldü

Rusiyanın Orenburq vilayətində mikroavtobus yük maşını ilə toqquşub.

Yenicag.az-ın məlumatına görə, hadisə yerli vaxtla saat 6:10 radələrində Çistiy qəsəbəsində baş verib.

Qəza nəticədə biri uşaq olmaqla, mikroavtobusda olan 6 sərnişin ölüb.

İlkin məlumata görə, mikroavtobusun sərnişinləri Özbəkistan və Tacikistan vətəndaşlarıdır./RİA Novosti/