Mikroavtobus yük maşını ilə toqquşdu – 7 ölü, 9 yaralı

Türkiyənin Nevşehir şəhərində ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, mikroavtobus ağır tonnajlı yük maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusdakı 7 nəfər ölüb, 9 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.