Mikroavtobusla yük maşını TOQQUŞDU – 15 yaralı

Türkiyənin Əskişəhər şəhərində ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, fabrik işçilərini daşıyan mikroavtobusla yük maşınının toqquşması nəticəsində 15 nəfər yaralanıb.

Qəzanın baş verdiyi əraziyə təcili yardım cəlb edilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Рейтинг@Mail.ru Яндекс.Метрика