!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mikroblarla dolu avtobuslar

!Reklam – Yazi

50791443 (1)Gündəlik həyatımızda istifadə etdiyimiz şəhərdaxili avtobusda, sözün əsl mənasında, antisanitariya hökm sürür. Avtobusların çölləri qədər içəriləri də olduqca natəmizdir. Bu hal isə sərnişinlərin sağlamlığına ciddi ziyan yetirir.Sərnişinlər avtobusların bu hala düşməsinin əsas səbəbkarlarının sürücülər olduğunu bildirirlər.

Bura hansısa bir zibillik deyil.Bakıda gündəlik istifadə edilən şəhərdaxili sərnişin avtobuslarının içi döşəmədən pəncərəyədək tozlu, parça oturacaqları ləkəli, əl tutacaqları isə natəmizdir. Avtobuslarının əksəriyyətində bənzər mənzərəni görmək olur.

Sürücülər isə avtobusu hər gün axşam silib süpürdüklərini desələr də görüntülər başqa vəziyyətdən xəbər verir.

Elə hallar da olur ki, sərnişinlər avtobuslara mindikdə harda olduqlarını belə görə bilmədiklərini deyirlər.

Sürücülər avtobusların belə çirklənməsinin ən böyük səbəbkarlarının elə sərnişinlərin özləri olduqlarını deyirlər.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov avtobusların saxlanılması üçün qarajlar yaradıldığını və burdan xəttə çıxan avvtobusların hər gün avtoyuma məntəqələrində yuyulduğunu bildirib. “Avtobusların çirklənməsinin əsas səbəbkarları isə sahibkarlar, sürücülər və sərnişinlərdir” deyə nazirlik rəsmisi vurğulayıb.

(xezerxeber.com)

www.yenicag.az

571
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv