!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mikrodalğalı sobalardakı ölüm təhlükəsi – BU ÖLKƏLƏRDƏ QADAĞAN EDİLDİ

!Reklam – Yazi

Mikrodalğalı sobaların zərərli olması faktı elm tərəfindən də təsdiqlənib. Buna görə də Yaponiya istehsalçıları bu ilin sonuna qədər ölkədə olan bütün mikrodalğalı sobalardan yaxa qurtarmağa çalışır. 

Yenicag.az bildirir ki, bu göstərişə əməl etməyən bütün təşkilatları və vətəndaşları 5 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Yaponiyada mikrodalğalı sobaların istifadəsinin qadağan olunmasının səbəbi isə Xirosima universitetinin alimlərinin bu cihazın insanlara 20 il ərzində 1945-ci ildə ABŞ-ın atdığı bombadan daha çox zərər verməsini müəyyən etmələridir.

Yaponiyanın əsas mikrodalğalı soba istehsalçıları artıq fabrik mağazalarını bağlayıblar. 2021-ci ildə isə Cənubi Koreyada, 2023-cü ildən isə Çində mikrodalğalı sobaların istehsalının dayandırılması planlaşdırılır.

Ekspertlərin fikrincə, mikrodalğalı sobada isidilən qida mənfi vibrasiyaya malik olur.

Mikrodalğalı soba bir çox digər kəşflər kimi radar aparatı üzərində işləyən mühəndis tərəfindən təsadüf nəticəsində ixtira edilib.

1946-cı ildə Raytheon korporasiyasının mühəndisi olan həkim Peysi Spenser cibində şokoladın əridiyini görür. Bu zaman o maqnetronu test edirdi. Maqnetron dalğaları şokoladın molekulyar quruluşuna təsir edərək onu əritmişdi.

Mikrodalğalı sobanın içində maqnetron trubka var ki, bu qurğu elektrik enerjisini radiomikrodalğaya çevirir. Qida bu dalğaları “udur” və onun molekullar mənfi və müsbət enerji ilə yüklənir./Medicina/

www.yenicag.az

3123
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv