İtaliyanın “Milan” klubunun rəhbərliyi komandanın baş məşqçisi Cennaro Qattuzo ilə bağlı qərar verib.
Yenicag.az xəbər verir ki, gənc məşqçi ilə 2021-ci ilin iyun ayına qədər yeni müqavilə imzalanıb.
İtaliya mətbuatı Qattuzonun bundan sonra ilinə 2 milyon avro qazanacağını yazıb.
Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü 1999-2012-ci illərdə “Milan”da çıxış edib. 2013-cü ildən məşqçiliyə başlayan veteran yarımmüdafiəçi ötən ildən “Milan”ın baş məşqçisidir.