“Milan” çinlilərə satıldı! – Fotolar

İtaliya nəhəngi “Milan” haqda aylardı danışılanlar nəhayət gerçəkləşdirildi.

Sport7.az xəbər verir ki, İtaliyanın və dünyanın öndə gedən klublarından olan “qırmızı-qaralar” rəsmən çinlilərə satılıb. Klubun binasına gələn çinli nümayəndələr günorta saatlarında müqaviləyə qol çəkəndən sonra “Milan”ın sahibi oldular.

“Milan”ın sahibi Silvia Berluskoninin çinli nümayəndələrlə nəhayət baş tutan görüşündən sonra klubun tarixində yeni səhifə açılıb. Klub hüquqi cəhətdən Berluskoni ailəsinin “Fininvest” adlı holdinqinə aid idi. Bu gün atılan imzalardan sonra isə çinlilərin qurduğu “Rossonyeri Sport İnvestment Lyuks” şirkətinə təhvil verildi. Berluskoni də başda olmaqla Adriano Qalliani kimi uzun illərdi klubu idarə edən bir çox şəxslərin sabahdan etibarən “Milan”la bağlılığı qalmayacaq.

“Qırmızı-qara”lı klubun sahibi və fəxri prezidenti olan, o cümlədən İtaliyanın sabiq prezidenti Berluskoni dönəmi sona yetdi. 30 ildi içlərində bir çox tanınmış məşqçilərin və ulduz futbolçuların da olduğu isimlərlə böyük uğurlara imza atılan bir dönəm bitdi.

“Milan”ın yeni prezidenti şəxsi sərvəti 600 milyon avro olan, Türkiyəyə gələn çinli qrupun başındakı Yonghong Li olacaq. Satışın təxminən 800 milyon avro (1,415,577,396.53 manat) qarşılığında həyata keçirildiyi deyilir.

Yeniçağ.az