“Milan”dan 40 milyonluq transfer

İtaliyanın “Milan” klubu növbəti transferini rəsmiləşdirib.

Yenicag.az xəbər verir ki, “qırmızı-qaralar” “Yuventus”un müdafiəçisi Leonardo Bonuççi ilə anlaşıb.
Artıq Milan şəhərində olan ulduz futbolçu ilə 5 illik müqavilə imzalanacaq. Bu keçid üçün “Milan” Turin klubuna 40 milyon avro ödəyib. İtaliya millisinin 30 yaşlı üzvü isə hər ili üçün 6,5 milyon avro maaş alacaq.

Yenicag.az