Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qalatasaray” heyətini Andre Silva ilə gücləndirə bilər.
Yenicag.az xəbər verir ki, bu iddia ilə İtaliya mətbuatı çıxış edib.
İddiaya görə, portuqaliyalı hücumçu İstanbul təmsilçisində icarə əsasında çıxış edəcək.
“Sarı-qırmızılar”ın bu keçid üçün “Milan”a heç bir məbləğ ödəməyəcəyi bildirilir.
Qeyd edək ki, Silva 2017-ci ildə “Portu”dan “Milan”a keçib. O, “rassonyerlər”in heyətində 24 oyun keçirib və 2 qol vurub.