Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkili Əhməd Əşrəf Fakıbaba istefa verib.
Yenicag.az xəbər verir ki, TBMM-nin açıqlamasına görə, millət vəkilinin istefa ərizəsi artıq parlament idarəsinə çatıb.
Onun istefası ilə bağlı oktyabrın 26-da toplantıya çağırıldığı bildirilib.
Qeyd edək ki, millət vəkili, eyni zamanda, AKP-dən də istefa verib.
www.yenicag.az