“Milla”nın 13 tondan çox yararsız süd məhsulu MƏHV EDİLDİ

Azərbaycanda iri süd məhsulları istehsalçılarından olan şirkətlərdən birinin istehlaka yararsız və istifadə müddəti bitmiş məhsulları məhv edilib.

Bu barədə Yenicag.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, “AZ FP CO LTD” MMC-nin (“Milla”) 72 adda 13 ton 364 kiloqram 84 qram müxtəlif növ süd məhsulları Sumqayıtda yerləşən tullantıların zərərsizləşdirilməsi poliqonunda yandırılıb.