“Əkrəm özünü xalqına əmanət edir və bu millət bir gün bunun hesabını soruşacaq. Çünki belə haqsızlıq qarşısında heç kim səssiz qala bilməz”.
Yenicag.az xəbər verir ki, bunu bu gün səhər saatlarında saxlanılan İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu deyib.
“Komandalar sahurdan dərhal sonra gəliblər. 13 yaşlı qızım var və hər şeyə rəğmən məktəbə gedib həyatıma davam edəcəyəm dedi. Mən onu məktəbə göndərdim. Dünən qeyri-qanuni olaraq diplomu ləğv ediblər. Biz belə bir prosesi gözləyirdikmi? Biz kağız üzərində də olsa, hələ də hüquq ölkəsiyik. Bu qədər də olmaz deyirsən, bir də görürsən ki, yeni bir prosesdəsən. Bu səhər baş verənlər də onlardan biridir. Əvvəlcə sizi tuturlar, sonra sübut yaratmağa çalışırlar.
İddialar sadəcə gülüş doğurur”, – deyə o qeyd edib. /unikal