Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Millət vəkili: "10 ildir ki, utandığımdan seçicilərimlə görüşə bilmirəm"

“Fiziki şəxslərin vergilərin kəsrlə icra edilməsi sahibkarın vəziyyəti ilə bağlıdır. Bu problemin həlli üçün sahibkara dəstək edilməlidir. Yalnız bundan sonra istənilən səviyyədə vergi toplana bilər”.

Bunu deputat Fazil Mustafa parlamentdə çıxışında deyib. O qeyd edib ki, bütün bunlar olmayanda sahibkarların vergi ödəmə qabiliyyətinin aşağı düşməsinə səbəb olur:

“Bu gün bir sıra binalar sökülür, yerində tikilən binalarda sahibkara mülkiyyət sənədi verilmir. Yaxın gələcəkdə bu problemin nəticələri üzə çıxacaq. Nəticədə uduzan vətəndaş olacaq. Birinci növbədə islahatlar vətəndaşı nəzərə alınaraq edilməlidir. Hazırda pensiya fonduna ödənişlə bağlı qaydalar vətəndaşı fonda ödəniş etməkdə maraq yaratmır. Tikinti materiallarının qiyməti 100 fazi qalxdı. Bu isə o deməkdir, sahibkarın fəaliyyətinə təsir edəcək. Onun eyni zamanda tikdiyi binanın keyfiyyəti aşağı düşəcək.Biz sahibkarlar üçün stimullaşdırıcı addımlar atmalıyıq. Məsələn, tələbələr universitetdə ilin sonunda imtahan verirlər. Sahibkarlara da öz fəaliyyətini canlandırmaq üçün stimulllaşdırıcı addımlar nəzərdə tutulmalıdır ki onlardan nəsə tələb olunsun. Heç nə edilmədyi halda onlardan təlabat yüksəkdir”.

Deputat Tahir Kərimli isə çalışanların iş saatının çoxluğuna etiraz edib:

“İnsanlar nə vaxta qədər səkkiz saat əvəzinə 12-14 saat işlədiləcək? On minlərlə insan kənddən şəhərə işləməyə gəlir. Hamısının da əməyi istismar edilir. Hətta Cümhuriyyət bayramı günü özüm şahidi oldum ki, fəhlələr tikintidə işlədilir”.

Deputat Qənirə Paşayevaisə 2017- ci ildə Tovuzda başa çatdırılmayan layihələrin icrasına diqqət yönəldib. Həmçinin bildirib ki, müəllim olan, lakin əlillik dərəcəsi daşıyan insanlarla bağlı problem hələ də mövcud olaraq qalmaqdadır: “Müəllimliyi bitirdiyinə görə təbii ki, müəllim işləməlidir. Amma onların problemləri yerində sayır. Ona görə də bu məsələnin həlli yönündə Təhsil Nazirliyi ilə birgə müzakirələr keçirilsin”.

Deputat  öz növbəsində hökumətdə yer almış yeni şəxsləri, o cümlədən deputat həmkarlarını köhnələrdən, “gözü çıxmış qardaşlarından” dərs çıxarmağa çıxarıb:

“Dünyanı biz qazla təmin edirik . Məsələn, seçildiyim Cəlilabadın Göytəpə şəhərinin iki küçəsi qazsızdır. Hökumətin ora qaz verməyə gücü çatmır? Bu hökumətdən nə qədər pul tələb edilir ki, 20 ildir ki, iki küçə qazsız qalıb. Burada boşluq var. O adamlardan istifadə olunur. Oranı nəhayət ki qazla təmin etmək lazımdır. Belə olsa, mən də üzüağ seçicilərimlə görüşə bilərəm. 10 ildir ki, utandığımdan seçicilərimlə görüşə bilmirəm”.

www.yenicag.az

1468
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS