Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Millət vəkili AZAL-ı yerlə bir etdi: “Azərbaycanda turizm sahəsinə ağır zərbə vurur”

Reklam: Sinerji Pro

Millət vəkili əhali üçün tətbiq edilmiş elektrik enerjisindən istifadə limitinin ləğvi məsələsini yenidən gündəmə gətirdi.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkili Fazil Mustafa ölkədə turizm sektorunda ciddi geriləmə olduğunu bildirib.

Parlamentdə 2018-ci il dövlət büdcəsinin icrası ilə bağlı müzakirədə çıxış edən Fazil Mustafanın sözlərinə görə, Azərbaycanda rus məktəblərinə 100 milyon manat vəsait ayrılması doğru deyil:
“Azərbaycanda orta əmək haqqı Estoniyadan, hətta Ermənistandan azdır. Azərbaycanda hər 1000 nəfərə 130, Ermənistanda 154 pensiyaçı düşür. Əmək pensiyalarının məbləği Rusiyadan 2 dəfə azdır.

Elektrik enerjisi ilə bağlı əhali üçün limit aradan qaldırılmalıdır. Azərbaycanda turizm sektorunda da geriləmə var, 13 faiz azalma qeydə alınıb. Gürcüstan Azərbaycanla müqayisədə turizmdən 600 milyon dollar çox gəlir götürüb. AZAL-ın Azərbaycanda bu sahəyə vurduğu zərər əvəzolunmazdır.

Biz nəyə görə xarici ölkənin dilinin öyrənilməsi üçün büdcədən vəsait ayırmalıyıq? Mən xarici dillərin öyrənilməsinin tərəfdarıyam. Amma biz bunu niyə büdcə vəsaitləri hesabına təmin etməliyik? İngilis və digər xarici dillərlə bağlı olduğu kimi, rus dili ilə bağlı da özəl təhsil müəssisələri bu işi görə bilər”.

www.yenicag.az

6019