Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Millət vəkili Ramil Həsən XTQ Şəhidi Kərim Əliyevin anim mərasimində - FOTO

Millət vəkili Ramil Həsən XTQ Şəhidi Kərim Əliyevin anim mərasimində iştirak edib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Ramil Həsən Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda canını fəda etmiş və Qarabağ Zəfər Savaşında  misilsiz xidməti olan, xüsusi təyinatlıların qəhrəman nümayəndəsi Kərim Məhəmmədəli oğlu Əliyevin şəhid olmasının 1-ci ildönümü  ilə əlaqədar Ucar rayon Alpout kəndində anım mərasimində iştirak etmişdir. Şəhidimizin dəfn edilmiş olduğu Alpout kənd qəbirstanlığında məzarı Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədri vəzifəsini icra edən Şəhla Abdullayeva, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon ictimaiyyəti ilə birlikdə  ziyarət edilmiş, ruhuna dualar oxunmuş, məzarına əkilil və gül dəstələri qoyulmuşdur. Daha sonra rayon ictimaiyyəti tərəfindən hazırlanmış anma mərasimində deputat Ramil Həsən iştirak edərək Vətən Uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizi yad edib. Qəhrəman şəhid  Kərim qardaşımız və onun kimi vətən uğrunda canlarını fəda etmiş vətən oğullarının sayəsində bizlər bu gün alnı açıq, şərəflə və ləyaqətlə ölkəmizin vətəndaşı olaraq yaşamaq haqqı və imkanı əldə etdiyimizi, eyni zamanda Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin başçılığı altında başladılmış olan bu vətən müharibəsinin uğurla nəticələnməsində şəhidlərimizin misilsiz rolunu ictimaiyyətin diqqətinə çatdırıb. Anma mərasimində şəhidimizin döyüş yoldaşları və Azərbaycanımızın regionlarından çiyin-çiyinə vuruşaraq şəhidlik zirvəsinə ucalmış digər şəhidlərimizin ailə üzvləri, valideynləridə iştirak edərək öz fikirlərini bölüşüb. Dəmir yumruq olaraq hər birimizin birlikdə torpaqlarımızı düşməndən daima göz bəbəyi kimi qorumaq üçün hazır olduğumuzu xüsusi şəkildə vurğulamış, eyni zamanda millət vəkili tərəfindən Ali Baş Komandan Cənab İlham Əliyevin başçılığı altında həmrəylik, milli şüur, milli qürur və milli ideologiyaya məxsus bir məfkurənin formalaşması ilə bağlı uzun illərdir aparılmış tarixi və misilsiz siyasətin torpaqlarımızı azad edilməklə nəticələnməsini ayrıca vurğulayıb.

Onuda qeyd edək ki, şəhidimizin anım mərasimində deputat Ramil Həsən kənd cammatı, rayon ictimaiyyəti və bölgələrdən, eyni zamanda Ucar rayonundan olan şəhid valideynləri, yaxınları və əzizləri ilə də görüşmüş onları maraqlandıran sualları cavablandırmış və onların qaldırmış olduğu məsələlərin qısa müddətdə həll olunması ilə bağlı qanun çərçivəsində lazımı addımlar atacağınıda bildirib.

www.yenicag.az

210
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100