!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Millət vəkili sədrini cilddən cildə saldı - VİDEO

!Reklam – Yazi

Türkiyə parlamentinin bu günki partiya qrup iclaslarının birində gülməli anlar yaşanıb.

Yenicag.az xəbər verir ki, ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının İzmir millət vəkili Tacəddin Bayır texnologiya qurbanı olub.

Belə ki, CXP sədri Kamal Kılıçdaroğlunun çıxışını “Facebook” üzərindən canlı olaraq, vermək istəyən T.Bayır “Face effects” proqramının açıq olduğunu unudub. Bu isə gülməli kadrların ortaya çıxmasına səbəb olub. Belə ki, CXP lideri “Üzüklərin əfəndisi” filminin qəhrəmanlarından Gandalf və dedektiv qiyafələrində göstərilib.

Canlı yayında kadra düşən operatorlar da gülməli obrazlarda təqdim olunublar.

Bayır, salondakıların xəbərdarlığı ilə canlı yayını kəssə də, sosial mediada böyük rezonans doğurub.

İclasdan sonra Tacəddin Bayırın mətbuat katibi Fırat Toprak bütün məsuliyyəti öz üzərinə alaraq, istefa edib. Fəqət istefası qəbul edilməyib. T.Bayır isə mətbuata açıqlamasında “texnologiya yenilikləri bizim başımızda partladı” deyib.

www.yenicag.az

3608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv