!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Millət vəkili: "Sığorta şirkətləri süründürməçiliklə məşğuldur" - VİDEO

!Reklam – Yazi

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir.

Yenicag.az xəbər verir ki, iclasda söz alan millət vəkili Fəzail Ağamalı yanan “Diqlas” Ticarət Mərkəzindən danışarkən çıxışını sığorta şirkətlərinin fəaliyyəti üzərində qurub.

O bildirib ki, insanların öz mallarını sığortlamamasının başlıca günahkarı yerli sığorta şirkətləridir. Millət vəkili qeyd edib ki, Azərbaycanın sığorta şirkətləri süründürməçiliklə məşğuldur. Fəzail Ağamalı sığorta şirkətlərinə inam olmadığını bildirib.

“İnsanlar mallarının sığortalanmasındansa, onun yanmasına razıdırlar. Çünki sığortaladıqları müddətdə də hər hansı müsbət dəyişiklik görmürlər”, – deyə millət vəkili çıxışında qeyd edib.

www.yenicag.az

8988
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv