Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Millət vəkili: "Ticarət mərkəzi sığortalanıbsa, onlara kompensasiya veriləcək" - VİDEO

Ötən gün “Diqlas” Ticarət Mərkəzinin yanması onlarla vətəndaşa külli miqdarda maddi ziyan vurub.

Gündəmdə olan məsələlərdən biri də zərərçəkmiş şəxslərə kompensasiyanın verilib-verilməyəcəyi ilə bağlıdır.

Yenicag.az-a danışan millət vəkili Araz Əlizadə bildirib ki, məsələni müzakirə etmək olar:

“Qanunla belədir ki, əgər ticarət mərkəzi sığortalanıbsa, onlara kompensasiya veriləcək. Ola bilsin ki, bina sığortalanıb, amma içindəki mallar yox. Hər şey müzakirə oluna bilər. Bir sıra məsələlər aydınlaşdırılmalıdır. Bu çox uzun və zəhmət aparan prosesdir. “Diqlas”ı qəsdən də yandıra bilərlər. Amma bunu dəqiq demək üçün ilk növbədə Fövqəladə Hallar Nazirliyinin rəyi lazımdır”.

Emin Səfərov

www.yenicag.az

812