!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Millət vəkilindən ANONS: “O qanun cari il ərzində qəbul olunacaq” - GÖZLƏNTİ

!Reklam – Yazi

“Bizdə Rəqabət Məcəlləsinin funksiyasını antiinhisar haqqında qanun həyata keçirə bilir”.

Bu fikirləri Rəqabət Məcəlləsinin 2023-cü il ərzində qəbul ediləcəyini açıqlayan Milli Məclisin deputatı Aydın Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, ölkə iqtisadiyyatının böyüdüyü bir şəraitdə Rəqabət Məcəlləsinin qəbulu aktuallaşıb:

“Bu prosesə mane olacaq heç bir məsələ yoxdur. Sadəcə olaraq bir var, Rəqabət Məcəlləsi, bir də var antiinhisar qanunu. Bizdə Rəqabət Məcəlləsinin funksiyasını antiinhisar haqqında qanun həyata keçirə bilir. Həmin hüquqi normativ aktlarla bu prosesi tənzimləmək mümkündür.

Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan iqtisadiyyatı böyüyür, proseslərə yeni prinsiplərə əsaslanan baxış formalaşır və bütün sahələrdə beynəlxalq standartların tətbiqi zərurəti yaranır.

Belə bir şəraitdə Rəqbət Məcəlləsinin qəbulu aktuallaşır və ona görə də bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iş planına daxil edilib. Bu isə o deməkdir ki, haqqında danışdığımız qanun da cari il ərzində müzakirə və qəbul olunacaq”.

A.Zeynalov

www.yenicag.az

430
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv