Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Millət vəkilindən büdcə ilə bağlı yeni təklif – Özəl

82923Vahid Əhmədov: “Milli Məclisdə məsələnin müzakirəsi zamanı neftin bir barrelinin 80 dollardan götürülməsini təklif edəcəyəm”

Dünya bazarında neftin qiyməti artıq 80 dollarlıq həddən də aşağı düşüb. İndi birjalarda bir barrel neft 79 dollara satılır. Azərbaycan hökuməti isə gələn ilin büdcəsində neftin bir barrelini 90 dollardan götürməyi planlaşdırıb. Bu gün Milli Məslisdə bu məsələyə baxılmalıdır.

Proses ondan xəbər verir ki, “qara qızıl”ın qiyməti hələ aşağı düşməkdə davam edəcək. Bu fonda gözləmək olarmı ki, Milli Məclis neftin bir barrelini daha aşağı rəqəmlərlə götürsün?

Millət vəkili Vahid Əhmədov Yenicag.az-a açıqlamasında bildirdi ki, büdcə layihəsinin müzakirəsi zamanı neftin bir barreli 90 deyil, 80 dollardan götürülməsini təklif edəcək: “Neftin qiymət  amilinin büdcənin formalaşmasında rolu elə də böyük deyil. Neftin bir barelini təxminən 90 dollar deyil, 80 dollardan götürsək, 250 milyon manata qədər təsiri olacaq. Yəni neftin qiymətinin dövlət büdcəsinə təsiri cəmi 11 faiz təşkil edir. Əlbəttə, ümumi götürəndə, qiymət enməsinin Azərbaycan iqtisadiyyatına təsiri böyükdür. Neftin qiyməti nə qədər yüksək olarsa, bunun dövlətimizə xeyri də bir o qədər çox olar. Az olanda isə Neft Fonduna daxilolmalar da azalır. Bütün hallarda düşünürəm ki, 90 dollardan götürüldükdə də bunun dövlət büdcəsinə ciddi problemi olmayacaq. Düzdür, büdcədə neftin qiyməti nə qədər aşağı götürülərsə, daha yaxşıdır, əlavə vəsaitlərin gəlməsi baxımından. Milli Məclisdə məsələnin müzakirəsi zamanı neftin bir barrelinin 80 dollardan götürülməsini təklif edəcəyəm”.

Rüfət

Loading...

www.yenicag.az

500