Millət vəkilindən ETİRAZ: “Müstəmləkəçi Elizabet” – VİDEO

Avstraliya Parlamentində Böyük Britaniya kraliçası II Elizabetə etiraz edilib.

Yenicag.az xəbər verir ki, millət vəkili Lidia Torf andiçmə mərasimi zamanı mətni dəyişərək kraliçanı müstəmləkəçi adlandırıb.

“Mən Lidia Torf, müstəmləkəçi olan ülyahəzrət kraliça II Elizabetə sadiq qalacağıma və bağlı olacağıma and içirəm”, – deyə millət vəkili qeyd edib.

Daha sonra ona mətni düzgün oxuması barədə xəbərdarlıq edilib və millət vəkili mətni təkrarlayıb.