Millət vəkilindən inanılmaz açıqlama: “Gediş haqlarının artmasının müsbət tərəfi də var”

“Gediş haqlarının artması dünyada gedən inflyasiyanın nəticəsidir. Dövlət, Tarif Şurası mümkün qədər bu məsələni uzatdılar. Amma əfsuslar olsun ki, iqtisadiyyatın heç bir sektoru inflyasiyadan qaça bilməz. Bu, qaçılmaz bir addımdır, başa düşmək lazımdır”.

Yenicag.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Deputat vurğulayıb ki, daşıyıcı şirkətlərin əksəriyyəti şəxsidir:

“Bu şirkətlər öz işçilərinin maaşlarını verə bilmək üçün hansısa formada qazanc əldə etməlidirlər. Şirkətlər gediş haqlarının artırılması ilə bağlı müraciət edirdilər ki, öz iqtisadi fəaliyyətimiz nəticəsində müəyyən uğur qazanmalıyıq. Gediş haqlarının artmasının müsbət tərəfi bu olacaq ki, nəqliyyat sektorunda daha effektiv işləməyə imkan yaranacaq”.

COP29