Millət vəkilinə bombalı hücum

Türkiyənin hakim partiyası AKP-nin Trabzondan seçilmiş millət vəkili Ayşə Sula Kösəoğluna qarşı bombalı hücumun qarşısı alınıb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, millət vəkilinin hərəkət istiqamətindən xəbər tutan PKK-çılar Van-Hakkari yoluna kustar üsulla hazırlanmış partlayıcı qurğu döşəyib. Lakin terroristlər öz məqsədlərinə nail ola bilməyiblər. Belə ki, bomba son anda zərərsizləşdirilib.

Millət vəkili yoluna helikopterlə davam edib.

Yenicag.az