Millət vəkilləri efirdə əlbəyaxa oldular – VİDEO

Kosovoda millət vəkilləri arasında canlı yayın zamanı əlbəyaxa dava düşüb.

Yenicag.az xəbər verir ki, “Klan Kosovo” televiziya kanalında yayımlanan debat proqramına qatılan müxalifət və iqtidaryönlü millət vəkilləri arasında sərt mübahisə zamanı əlbəyaxa dava başlayıb.

Televiziya işçiləri və aparıcı millət vəkillərini çətinliklə bir-birindən ayırıb.