Millətçilər prezidentin müqəvvasını yandırdılar – ETİRAZ / VİDEO

Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı orijinal etiraz aksiyası keçirilib.

Yenicag.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, Ukrayna millətçilərinin “Milli korpus” hərəkatının fəalları Kiyevin mərkəzi “Kreşatik” küçəsində etiraz aksiyası təşkil ediblər.

Məlumata görə, ölkə prezidenti Vladimir Zelenskinin siyasətinə etiraz edən iştirakçılar aksiyanın sonunda dövlət başçısının üzərinə təhqiramiz ifadə yazılmış müqəvvasını yandırıblar.

Bununla kifayətlənməyən kütlə üzərinə “Vaqnergeyt” yazılmış başqa bir müqəvvaya da od vurublar.