Milləti sözü ilə aydınladan Məmməd Arazın ANIM GÜNÜ: “Azadlıq uğrunda mübarizə aparan ziyalı kimi…” – VİDEO
“Onun müstəqillik dönəmində yazdığı möhtəşəm şeirlər hər kəsin dilində əzbərdir”.
Bu fikirləri Xalq şairi Məmməd Arazın anım günündə təəssüratlarını bölüşən ölməz söz ustadının qardaşı oğlu Qorxmaz İbrahimli Yenicag.az-a açıqlamasında deyib.O, mərhum Xalq şairini poeziyamızda günəş kimi doğan sənətkar olaraq dəyərləndirib:
“Məmməd Araz 70-ci illərdə ağır xəstəliyə yoluxdu. Bunu imperiyanın repressiyalarının davamı kimi qəbul edirik. Xəstəliyinə rəğmən, xalq tərəfindən seçildi.
70-ci illərdə yaradıcılığının pik nöqtəsinə çatdı və 80-ci illərdə yaradıcılığına eyni qaydada davam etdi.
Azadlıq uğrunda mübarizə aparan aydınlardan, şairlərdən biri idi. Məmməd Arazın müstəqillik dönəmində yazdığı möhtəşəm şeirlər hər kəsin dilində əzbərdir”.
Daha ətraflı videonu təqdim edirik:
Cəvahir