Millətin birlik və bərabərlik anı: Xalqımız şəhidlərimizi yad edir – VİDEO

“Şəhidlər ölməz, Vətən bölünməz!”

Yenicag.az xəbər verir ki, 27 sentyabr – Anım Günündə Şəhidlər xiyabanında toplanan insanlar, vətən uğrunda qəhrəmancasına vuruşan, canlarını fəda edən şəhidlərin xatirəsini dərin ehtiramla yad edirdilər. Şəhid valideynləri, həyat yoldaşları və övladları şəhidlərin ruhları şad olsun deyə, bu məkanda bir araya gəlmişdi.

Bu gün təkcə müharibə iştirakçılarının deyil, bütün Azərbaycan xalqının ürəyi Şəhidlər xiyabanında döyünürdü. Hər kəsin qəlbində kədər, simasında göz yaşları olsa da, eyni zamanda, qürur hissi də var idi. Onlar şəhidlərimiz həm göz yaşı tökür, kədərlənir, həm də torpaqlarımızın düşmən işğalından azad olunmasına, şəhidlərimizin qanının yerdə qalmamasına görə qürur hissləri yaşayırdılar.

Bu, bir millətin birlik və bərabərlik ruhunu daha da möhkəmləndirən bir an idi. Hər kəsin düşüncəsi, şəhidlərimizin qəhrəmanlığına, onların bizə bəxş etdiyi azadlığa yönəlmişdi.

Ətraflı videonu təqdim edirik:

İsmayıl Bakuvi
Samir Məcidov
Məsimə Məmmədova

COP29