Millətlər Liqası: Niderland Almaniya ilə heç-heçə etdi

UEFA Millətlər Liqasında növbəti oyunlar baş tutub.

Yenicag.az xəbər verir ki, A Liqasında iki matç keçirilib. Macarıstan Bosniya və Herseqovina (0:0), Niderland Almaniya (2:2) ilə doğma meydanda heç-heçə edib. B Divizionunda Albaniya Gürcüstana 0:1, Ukrayna Çexiyaya 2:3, Finlandiya İngiltərəyə 0:2, İrlandiya Yunanıstana 0:2 hesabı ilə məğlub olub. C Liqasında təşkil olunan görüşlərdə Latviya Farer adalarına 1:0, Şimali Makedoniya Ermənistana 2:0 hesabı ilə qalib gəlib. D Liqasında isə bir qarşılaşma keçirilib. Malta Andorradan üstün olub – 0:1.

Qeyd edək ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin digər matçları oktyabrın 10-dan 15-dək, həmçinin noyabrın 14-dən 19-dək oynanılacaq.

COP29