!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli adət-ənənələrin YAŞADILMASI: Qədim keçmişlə bağları necə möhkəmləndirmək olar?

!Reklam – Yazi

Bu gün Azərbaycan ən sürətlə inkişaf edən, iqtisadi sahədə ən böyük nailiyyətləri əldə edən ölkə olaraq dünyada söz sahibinə çevrilib.

İnteqrasiyanın sürətləndiyi dünyada milli dövlətçilik ənənələrinin qorunması və yeni nəsillərə ötürülməsi, keçmişi sahiblənərək gələcəyə müasir baxışın sərgilənməsi və bu kimi mühüm məsələlərə xüsusi diqqət yetirilir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciəti zamanı Ali Baş Komandan İlham Əliyev 2022-ci ili “Şuşa ili” elan etdi. 2022-ci il yanvarın 5-də isə prezident bununla bağlı sərəncam imzaladı. Mühüm siyasi və tarixi əhəmiyyət kəsb edən bu sərəncam dövlət başçısının xalqımızın tarixi və mədəni dəyərlərimizə xüsusi diqqətinin, böyük ehtiramının göstəricisidir. 2022-ci ilin Azərbaycanda “Şuşa ili” elan edilməsi Şuşanın bu günü və gələcəyi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi üçün mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, bütün dünyaya verilən mesaj, Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsinin təntənəsidir.Dövlətçilik tariximizin, milli adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliği ilə bağlı danışan politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında bildirib ki, bu dəyərlərin təbliği davamlı şəkildə həyata keçirilməlidir:

“Hər bir milləti tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Bu baxımdan, qloballaşan dünyada milli adət və ənənələr, onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir.

Azərbaycan özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək özünəbənzər adət və ənənələri, yüksək mənəviyyatı ilə diqqəti cəlb edib. Min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır.

Təsadüfi deyil ki, adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolunu yüksək qiymətləndirən Ümummilli lider Heydər Əliyev: “Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir”, – deyib.
Ümummilli lider Heydər Əliyev siyasi kursunun davamçısı İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində dövlətçilik ənənələri, milli ənənələri nəzərə alaraq ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatın bütün sahələrində ciddi dəyişikliklər edildi və uğurlar qazanıldı.

Kifayət qədər işlər görülməsinə baxmayaraq, bu gün də dövlət və xalq olaraq qarşıda duran əsas vəzifələrimizdən biri Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin effektli şəkildə təbliğ etməkdən ibarətdir. Çünki müasir Azərbaycan Respublikası yox yerdən yaranmayıb və onun söykəndiyi qədim dövlətçilik ənənələri var.

Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli köklərinə bağlı yeni təfəkkürlü gənc nəsil yetişidirilməsini zəruri edir. Bu istiqamətdə artıq xeyli işlər görülüb. Xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duyur və sözsüz ki, bununla fəxr edir.

Ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi, dinindən, irqindən asılı olmayaraq, çoxlu sayda insanların Azərbaycana səfəri ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Heydər Əliyev Fondun təşəbbüsü ilə Fransanın San-Trope şəhərində “Azərbaycanın mədəni zənginlikləri” adlı sərginin keçirilməsi, Fransanın Mejev şəhərində, Afinada, Hannoverdə və başqa məkanlarda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi, Parisdə Reza Deqatinin Azərbaycana həsr olunmuş fotosərgisinin açılışı və sair Azərbaycan milli dəyərlərinin, tarixi irsinin təbliğində əhəmiyyətli rol oynayır.

2009-cu ildən Azərbaycanın gözəl guşələrindən biri olan Qəbələdə Beynəlxalq Musiqi Festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyulub. Dünyanın müxtəlif ölkələrinin musiqiçilərini Qafqaz Albaniyasının paytaxtı olan, zamanın, mədəniyyətin izini daş yaddaşına həkk edən Qəbələyə toplayır.

İndi isə Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı olaraq saysız-hesabsız mədəniyyət tədbirlərinə ev sahibliyi edir. Təbii ki, bu cür fəaliyyət milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqamətində kifayət qədər müsbət addımlar atıldığını söyləməyə imkan verir.

Əminəm ki, informasiya-kommunikasiya texnologiyalarının geniş inkişaf etdiyi indiki dönəmdə bu texnologiyaların potensial imkanlarından istifadə etməklə yüksək səviyyədə təbliğatın aparılması nəticəsində bütün dünya əhalisi Azərbaycanın qədim dövlətçilik tarixi, zəngin milli adət-ənənələri, elm və mədəniyyəti barədə daha ətraflı və geniş məlumata malik olacaq, sözügedən təbliğat vasitəsilə ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artacaq”.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov, öz növbəsində, vurğulayıb ki, ölkəmiz tarixi zənginliyini qorumaq üçün müvafiq olan bütün addımları atır:

“Azərbaycanın dövlətçilik tarixi, milli adət və ənənələri, elm və mədəniyyətin təbliği istiqamətində bu gün, sözün əsl mənasında, böyük işlər görülür. Bu, dövlət tərəfindən birbaşa bu sahəyə ayrılan diqqət və qayğıdan irəli gəlir. Digər tərəfdən, Birinci vitse-prezident Mehriban Əliyevanın başçılığı ilə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan tarixinin, elminin, adət və ənənələrinin, mədəniyyətinin dünyanın müxtəlif ölkələrində təbliğatı istiqamətində ciddi addımlar atılır. Hesab edirəm ki, bu cür addımlar məqsədli və planlı şəkildə həyata keçirilir.

Əslində, bu yanaşma dünyadakı qloballaşma prosesinin bir tərkib hissəsi kimi qiymətləndirilə bilər. Çünki bu gün hər bir dövlət milli kimliyini və dövlətçilik tarixini qoruyub saxlamaq istiqamətində ciddi addımlar atır. Qloballaşma fonunda Azərbaycanın atdığı addımlar böyük uğurdur. Azərbaycan kiçik dövlət olmasına baxmayaraq, zəngin tarixə və keçmişə malikdir. Öləmizin özünəməxsus milli adət-ənənələri var. Azərbaycanın Şərqlə Qərbin qovşağında yerləşməsi isə türk dünyası üçün vacib əhəmiyyətə malikdir. Bununla yanaşı, elmi və mədəni keçmişimiz olduqca zəngindir”.

Gülşən Şərif

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

862
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv