!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli adət, yoxsa XURAFAT? – “Cahil insanların idarəetmə mexanizmi...”

!Reklam – Yazi

“Həyat balansdan ibarətdir. Təbii ki, bir-birinə zidd düşüncələr, yanlış addımlar və həqiqətlərə sığmayan qanunlar var”.

Bu sözləri Yenicag.az-a açıqlamasında psixoloq Əfsanə Rüstəmova deyib.

Onun sözlərinə görə, oxumaq keyfiyyəti və təhsillə bağlı şəraiti zəif olan ölkələrdə neqativ halların baş verməsi rast gəlinəndir:

“İnsanların zehni fəaliyyətlə məşğul olması onları neqativ hallardan çəkindirir. Bu da öz növbəsində insanların hər şeylə bağlı ölçü götürməsinə şərait yaradır. Lakin bəzi insanlarda tamamilə fərqlidir. Belə ki, bu tip insanlar zehni inkişaf, təhsil baxımdan inkişaf etməyənlərdir. Təbii ki, bu da onların geri düşüncəli olmasına və hər şeyin köhnə adətlərə bağlamasına səbəb olur. Cahil insanların idarəetmə mexanizmi bu üsullardan ibarətdir. Təbii ki, bunlar heç biri həqiqətə söykənmir. Əfsuslar olsun ki, bu qeyri-həqiqət insanları manipulyasiya edə bilir və bir çardaq altında çox rahatlıqla toplayır”.

Psixoloq insanları yanlış düşüncələrdən fərqləndirməyin əsas yolunu müxtəlif amillərdə görür:

“Əslində, insanların həyatda olmaq istədikləri və almaq istədikləri bəzi statuslar var. Əgər biz rasional tərəflərlə insanlara doğruları izah edə bilsək, o zaman cəmiyyətdəki əksər problemlər də qalxmış olar. Bu da cəmiyyətin mental zehninin dəyişməsində mühüm bir amildir. Amma təəssüflər olsun ki, indiki halda cəmiyyətin böyük əksəriyyəti yanlış düşüncədədir. Hansı ki, onlar özləri üçün heç bir həqiqətlərə söykənməyən bəzi dinə bağlanmış xurafatlar, adətlər, qanunlar və yanlış düşüncələr yaradıblar. Belə ki, cəmiyyətdə belə halların baş verməsi çox məyusedicidir. Təbii ki, biz bunun qarşısını almaq üçün addım atmalı, lazımi olan heç bir şeyi əsirgəməməliyik”.

Mayıl Soltanov

www.yenicag.az

127
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv