!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Antidopinq Agentliyi yaradılır – Azərbaycanda

!Reklam – Yazi

 

milli_meclis16Azərbaycan Milli Məclisinin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Yeni qanun layihəsi barədə komitə sədri Fuad Muradov məlumat verib.

O bildirib ki, bu gün bütün dünyada dopinqə qarşı tədbirlər sərtləşdirilir. Azərbaycanda dopinqlə mübarizə haqqında ayrıca qanun layihəsinin olmadığını deyən komitə sədri “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsinin hazırlanması zərurətinin yarandığını, adıçəkilən yeni layihənin artıq I oxunuş üçün hazır olduğunu söyləyib.

Ötən müddət ərzində komitənin dopinq problemini araşdırdığını bildirən F. Muradov qeyd edib ki, müvafiq dövlət qurumlarının mütəxəssisləri cəlb edilməklə, hazırlanan “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir. F. Muradov əlavə edib ki, qanun layihəsində dopinq nəzarətinin həyata keçirilməsi qaydaları, bu zaman aşkarlanmış pozuntular, idmançılara tibbi xidmətin göstərilməsi qaydaları və digər məsələlər öz əksini tapıb.

Komitə sədrinin sözlərinə görə, qanun layihəsinə əsasən, Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur. Eyni zamanda, bu agentlik nəzdində Apelyasiya Komissiyasının, İdman Arbitrajının yaradılması təklif edilir. F. Muradov hesab edir ki, bu, problemli hallarda idmançılara öz hüquqlarını qorumağa yardım edə bilər.

Gənclər və idman naziri Azad Rəhimov isə bildirib ki, hazırda nazirliyin tərkibində Antidopinq Komissiyası fəaliyyət göstərsə də, o beynəlxalq antidopinq təşkilatları tərəfindən tanınmır: “Ancaq yaranacaq yeni qurum beynəlxalq idman təşkilatları və antidopinq qurumları tərəfindən tanınacaq və onlarla bu sahədə sıx əməkdaşlıq ediləcək”.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bu məsələnin tezliklə praktiki tətbiq olunması üçün layihədən irəli gələcək sanksiyaların Cinayət və İnzibati Xətalar məcəllələrində təsbit olunmasının vacibliyindən danışıb. Deputatlar Şahin İsmayılov, Adil Əliyev və digərləri çıxış edərək ikinci oxunuşla bağlı təkliflərini səsləndiriblər. Ş. İsmayılov bildirib ki, qanun layihəsinin qəbul olunması idmandakı bir sıra siyasi və ictimai narahatlığa son qoyacaq. Layihə birinci oxunuşda plenar iclasa təqdim olunub.

www.yenicag.az

516
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv