Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Milli.az” 8 yaşını qeyd edir

Bu gün Milli.az internet qəzetinin 8 yaşı tamam olur.

Yenicag.az xəbər verir ki, portal belə qısa müddət ərzində Azərbaycanın ən çox oxunan internet resursları sırasına daxil olub. Milli.az böyüyüb, daha funksional olub, kifayət qədər auditoriya qazanıb və oxucularının sayını artırır. İnternet qəzetinin kollektivi yaxın zamanlarda istifadəçilərinə ən son dünya tendensiyalarına uyğun tamamilə yeni layihə təqdim ediblər.

İlk günündən səhih və dəqiq xəbərlər, baş verən hadisələrə mütəxəssis və ekspertlərin rəyləri, obyektiv informasiyalar vermək yolunu seçmiş Milli.az-ın oxucularının sayı fasiləsiz artır. İndi sabit hal almış bu artım Milli.az internet portalındakı kontent, informasiya və xəbərlərə olan tələbatla bağlıdır.

Milli.az portalının oxucu auditoriyasının stabil artımı həm də portal yaranandan bəri aparılan təkmilləşmə və inkişaf işlərinin məntiqi nəticəsi sayıla bilər.

Ciddi veb-resurs üçün qısa zaman sayıla biləcək dörd il ərzində Milli.az bir çox mükafatlar qazanıb, populyarlaşıb və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən birinə çevrilib.
Fəaliyyətimiz baş verən hadisələrlə bağlı oxucularımızı obyektiv, sürətli və ən başlıcası, vaxtında məlumatlandırmaqla yanaşı, Azərbaycanın informasiya məkanı ilə yanaşı, ümumi inkişafına xidmətdir.

Bu gün Milli.az internet portalı indi Azərbaycanda ən çox oxunan, sayılan və nüfuzlu kütləvi informasiya vasitələrindən biridir.

Yeniçağ.az Media Qrupu Milli.az portalının əməkdaşlarını təbrik edir!

www.yenicag.az

2055
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM