!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli.Az 9 yaşını qeyd edir

!Reklam – Yazi

Bu gün Milli.Az-ın 9 yaşı tamam olur.

Yenicag.az xəbər verir ki, qısa müddət ərzində portal Azərbaycanın ən çox oxunan internet resursları sırasına daxil olub.

Bu müddət ərzində Milli.Az böyüyüb, daha funksional olub, kifayət qədər auditoriya qazanıb və oxucularının sayını artırmağa davam edir. Milli.Az kollektivi istifadəçilərinə ən son dünya tendensiyalarına uyğun tamamilə yeni layihə təqdim edib.

İlk günündən səhih və dəqiq xəbərlər, baş verən hadisələrə mütəxəssis və ekspertlərin rəyləri, obyektiv informasiyalar vermək yolunu seçmiş Milli.Az-ın oxucularının sayı fasiləsiz artmaqdadır. Ciddi veb-resurs üçün qısa zaman sayıla biləcək doqquz il ərzində Milli.Az bir çox mükafat qazanıb, populyarlaşıb və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən birinə çevrilib.

Bu gün Milli.Az İnternet portalı Azərbaycanda ən çox oxunan, sayılan və nüfuzlu kütləvi informasiya vasitələrindən biridir.

Yenicag.az olaraq Milli.Az kollektivini təbrik edirik.

www.yenicag.az

1605
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv