Milli düşərgə Araz Əlizadəyə od püskürdü – Himn qalmaqalı

gimnAzİqbal Ağazadə: “Sadəcə, adamın tərbiyyəsi budur”

Tənzilə Rüstəmxanlı: “Araz Əlizadədən başqa nə gözləyirsiniz ki?”

Zəlimxan Məmmədli: “Araz Əlizadə milli dəyərlərin daşıyıcısı olmamaqla yanaşı, o dəyərləri dərk etmək qabiliyyətində də deyil”

Milli Məclisin deputatı, ASDP sədri, Araz Əlizadə dövlət himnimizi təhqir edən ifadələr işlədib. Deyib ki, nə musiqisi himnimizə yaraşır, nə də sözləri.

O qeyd edib ki, dahi Üzeyir Hacıbəyov himnimizi mərsiyyə kimi yazıb: ”Azərbaycan Demokratik Respublikasının baniləri tələm-tələsikdə musiqiyə sözlər uyğunlaşdırdılar. Dünyada yeganə ölkəyik ki, bizim himinimiz minordur. Bütün dünyada himnlər majordadır. Yəni majorda olan himnlər ruh yüksəkliyi gətirir. Bizim himnə qulaq asanda adam istəyir əlinə dəsmal alıb ağlasın”.

Əlizadənin bu fikirləri cəmiyyətdə kəskin etirazla qarşılanıb.

Ümid Partiyasının sədri İqbal Ağazadə Yenicag.az-a açıqlamasında bildirdi ki, dövlət atributunu təhqir etmək cinayət məsuliyyəti yaradır: “Milli Məclisdə oturub dövlət rəmzilərimizədən olan himn haqqında həqarət söyləyənlə bağlı nə deyə bilərəm ki? Sadəcə, adamın tərbiyyəsi budur. Himd dövlət atributudur. Dövlət atributunu təhqir etmək cinayət məsuliyyəti yaradır”.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı qeyd etdi ki, Əlizadənin söylədikləri onun üçün önəmli deyil: “Araz Əlizadədən başqa nə gözləyirsiniz ki? O elə deməli idi, cünki o həmin təfəkkürün sahibidir. Onda milli düşüncə var ki? A. Əlizadənin düşüncəsi odur. Onun fikri mənim üçün önəmli deyil. Azərbaycanın himni onu yazan kişinin ruhuna da, Azərbaycana da layiqdir”.

“Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli də ASDP sədrini milli dəyərlərdən uzaq olmaqda suçladı: “Milli atribut və dəyərləri qəbul etmək üçün o dəyərlərin daşıyıcısı olmalısan.  Araz Əlizadə isə bu dəyərlərin daşıyıcısı deyil və o dəyərləri dərk etmək qabiliyyətində deyil. Bunun səbəbi budur. Hətta şübhə etmirəm ki, bu cür təhqiramiz fikirləri o  nə zamansa bayraq  və gerbimiz üçün də deyə bilər”.

ELÇİN

COP29